“Yasamaldakı aksiyanın təşkilatçısı mən deyiləm” – XALQ ARTİSTİbackend

“Yasamaldakı aksiyanın təşkilatçısı mən deyiləm” - XALQ ARTİSTİ

Dünən sosial şəbəkələrdə Yasamal rayonundakı yaşayış binalarının eyvanına çıxaraq, polisə gül atan və mahnı oxuyan şəxslərin Milli Konservatoriyanın tələbələri olduğu bəlli olub.Bununla bağlı yazılan qeydlərdə aksiyanın təşkilatçısı kimi xalq artisti, professor Mənsum İbrahimovun adı çəkilib və tənqidlərə məruz qalıb.

KONKRET.az xəbər verir ki, Xalq artisti Mənsum İbrahimov məsələ ilə bağlı danışıb.

O bildirib ki, Yasamalda keçirilən aksiya ilə heç bir əlaqəsi yoxdur:

“Orada polis əməkdaşlarına mahnı oxuyanlar arasında müxtəlif sahənin əməkdaşları ilə yanaşı, tələbələrim də var. Ümumilikdə, polisimizin çəkdiyi zəhməti qiymətləndirməyin tərəfdarıyam. Lakin ötən dəfə bir neçə polis əməkdaşının Yasamalda vətəndaşlara qarşı kobud davranışını da dəstəkləmirəm. Həmin polis əməkdaşları öz cəzalarını aldılar.

Amma bu gün polislərimizin xidməti də göz qabağındadır. Bunu danmaq olmaz. Onlar da vətəmizin övladlarıdır. Polislərimizə dəstək üçün keçirilən aksiyalara isə normal baxıram”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*