2023-cü ilin avqust ayı üçün Niderlandın Haaqa şəhəri (215,9 indekslə) yaşamaq üçün ən rahat şəhər seçilib.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, reytinqdə ikinci yerdə Rotterdam (Niderland) qərarlaşıb.
Belə ki, siyahıda 3-cü yeri Lüksemburq tutub. Həmçinin ilk onluqda Valensiya, Amsterdam, Vyana, Helsinki, Madrid, Kopenhagen və Reykyavik yer alıb.
Siyahıya Azərbaycandan yalnız Bakı (110.0 indeksi ilə 156-cı) daxil edilib.
Qeyd edək ki, Laqos (Nigeriya) və Manila (Filippin) reytinqdə sonuncu yerləri tutub. Bu şəhərlərin indeksi 50-dən aşağıdır.
İqbal Rzayev,
KONKRET.az
