Yaşıdları ilə gözbağlayıcı oynayan yeniyetmə ölümdən döndü.
KONKRET.az-ın bölgə müxbirinin məlumatına görə, hadisə Ağdaş rayonunda baş verib.
2010-cu il təvəllüdlü Cəfərova Aysu Azər qızı həmyaşıdları ilə oynadığı zaman şüşəyə çırpılıb. Nəticədə sınan şüşə boynunu və boyun damarını kəsib.
Ağır durumda xəstəxanaya çatdırılan yeniyetmə təcili əməliyyat olunaraq reanimasiya şöbəsinə yerləşdirilib.
Ehtiram Muradov,
KONKRET.az
