“Yeddi rayonu döyüşlə geri almaq haqqımız var, amma…”backend

"Yeddi rayonu döyüşlə geri almaq haqqımız var, amma…"

“Qarabağ münaqişəsini uzun illər araşdırmış Qərb təhlilçilərinin bəziləri ordumuzun uğurları fonunda ağlasığmaz gümanlar qururlar. Elə gümanlardan biri, ordumuzun Dağlıq Qarabağa girmək haqqının olmamasıdır. Yəni 7 rayonu döyüşlə geri almaq haqqımız var, amma Dağlıq Qarabağla bağlı elə bir haqqımız, guya ki, yoxdur. Kökündən yanlış bir yanaşmadır”.

KONKRET.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Erkin Qədirli deyib.

E.Qədirli bildirib ki, bunun yanlış olduğunu həmin təhlilçilərin özləri də bilirlər: “Sadəcə, kimisi üzgörənlik edir, kimisi də qərəzlidir. Problem həm də ondadır ki, onlar bu yanaşmalarını BMT TŞ-nin qətnamələrinə istinadən əsaslandırmağa çalışırlar. Deyirlər, guya həmin qətnamələr Dağlıq Qarabağa aid oluna bilməzlər (ancaq 7 rayona). Bu da yanlışdır. Birinci qəbul olunmuş 822 saylı qətnamə yalnız Kəlbəcər rayonuna deyil, ondan öncə işğal olunmuş yerlərə də aiddir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*