Yefremovun yeni vəkili kimdir?backend

Yefremovun yeni vəkili kimdir?

Rusiyanın Əməkdar artisti Mixail Yefremovun yeni vəkili Roman Filippov olacaq.

KONKRET.az xəbər verir ki, bu barədə “Moskovskiy Komsomolets” xəbər yayıb.

Vəkil hökmdən verilən apellyasiya şikayətində aktyorun maraqlarını təmsil edəcək.

Qeyd edilir ki, Filippov 2014-cü ildən vəkildir, o, mülki və cinayət hüququ üzrə ixtisaslaşıb.

Xatırladaq ki, M.Yefremov iyunun 8-də Moskvanın mərkəzində qəza törədib. Onun maşını əks yola çıxıb və qarşıdan gələn LADA markalı nəqliyyat vasitəsinə çırpılıb. Hadisə nəticəsində LADA-nın sürücüsü Sergey Zaxarov ölüb. Bununla əlaqədar olaraq M.Yefremov səkkiz il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Hökm elan olunandan sonra Yefremov həmin vaxta qədər onun hüquqlarını müdafiə edən azərbaycanlı vəkil Elman Paşayevdən imtina edib. oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*