Yeni doğulan uşaqlara 500 manat verilsin! – Milli Məclisdə TƏKLİFbackend

Yeni doğulan uşaqlara 500 manat verilsin! - Milli Məclisdə TƏKLİF

Azərbaycanda yeni doğulan uşaqlara 500 manat pulun verilməsi təklif edilir. 

KONKRET.AZ Modern.az-a istinadən xəbər verir ki, bu təkliflə Milli Məclisin plenar iclasında deputat Əli Məsimli çıxış edib.

Deputat qeyd edib ki, əvvəllər yeni doğulan uşaqlara 105 manat vəsait verilirdi:

“İndi o məbləğ 200 manata qaldırılıb. Amma yeni doğulan uşaqların xərcləri bundan 5 dəfə çoxdur. Ona görə təklif edirəm ki, yeni doğulan uşağa 200 manat yox, 500 manat verilsin və bu uşaqpulu məsələsində müəyyən bir addımın atılmasına gətirib çıxaracaq”.

Parlamentari bildirib ki, bunun üçün əvvəlki variantda haradasa 16 milyon manat, təklif etdiyi variantda isə 40 milyon manat pul lazımdır:

“Büdcənin gəlirləri 27 milyard manata çatan bir ölkədə bu o qədər böyük pul deyil ki, məsələyə diqqət yetirilməsin”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*