Qraçya Qalustyan: “Ermənistan Ukrayna yolu ilə getsə, şad olaram”backend

Qraçya Qalustyan: "Ermənistan Ukrayna yolu ilə getsə, şad olaram"

Ermənistan Ukrayna yolu ilə gedir. Bu, əslində təkcə Nikol Paşinyan hakimiyyətinin siyasəti deyil, eləcə də bir xalq sifarişidir. Yəni seçimdir. Artıq ermənilər ruslara nifrət etməyə başlayır, ya da ideoloji təbliğat nəticəsində uşaqdan tutmuş böyüyə qədər bütün faciələrin günahını Moskvada görür. Ermənilər artıq avropalılar kimi yaşamaq istəyir.

KONKRET.az xəbər verir ki, erməni politoloq Qraçya Qalustyanın sözlərinə görə, “Nə qədər çətin olsa da, Ermənistanı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilməyən dövlət kimi təqdim etmək cəhdlərinin qarşısını almağın vaxtıdır”.

O daha sonra fikilərini belə şərh edib: “Ermənistan və Azərbaycan baş nazirlərinin müavinləri Mher Qriqoryanın və Şahin Mustafayevin sədrliyi ilə iki ölkə arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların Ermənistan və Azərbaycan sərhədində keçirilən səkkizinci iclasından sonra təxribatçılar fəallaşıb. Görüşün yekunlarına dair protokol imzalanıb. Tərəflər növbəti görüşün tarixi və yeri barədə razılığa gəliblər.

Görüşün nəticəsi olaraq, 4 kəndin Azərbaycana qaytarılması barədə ilkin razılıq əldə olunub. Bəli, çətin qərar idi, amma alındı.

Ermənistanın baş naziri Nikol Paşinyan isə bu hadisənin suverenliyimizin, müstəqilliyimizin və inkişafımızın növbəti mərhələsinin təməl daşı olduğunu bildirərkən tamamilə haqlıdır. Bir ölkə bütün bunların qarşısını almağa çalışır – Putin Rusiyası. O, Ermənistanda qanuni, demokratik yolla seçilmiş hökumətin devrilməsi, onun yerinə Kremlin marionetkasınını qoyulmasını arzulayır.

Kreml indi məhz Moldovada da eyni şeyi etməyə çalışır, orada Maya Sandu timsalında legitim hakimiyyəti dəyişmək ssenarisini həyata keçirməyə hazırlaşır. Əslində, məhz buna görə Rusiya-Ukrayna qarşıdurması prezident Viktor Yanukoviçin və onun açıq şəkildə Kremlpərəst komandasının Kiyevdə devrilməsindən sonra başlayıb. Bəli, hər kəs Ukraynanın o vaxtlar necə olduğunu unudub.

Onun müdafiə naziri, Daxili İşlər Nazirliyinin rəisi, bir sıra şəhərlərin merləri Rusiya vətəndaşları idi. Ukraynadakı kölgə kuklası Vladimir Putinin xaç atası, oliqarx Viktor Medvedçuk sayılırdı.

Rusiyanın Ukrayna hökumətinə inteqrasiya etdiyi hər kəsi sadalamaq çox uzun vaxt aparardı. Bütün bunların sonu necə oldu? Ukraynanın təmizlənməsi üçün mübarizəyə başlaması faktı. Kreml bundan qəzəbləndi və Krımı və Donbasın bir hissəsini ələ keçirdi.

Və 2022-ci ilin fevral ayının sonunda Rusiya Ukraynaya genişmiqyaslı işğala başladı. İndi biz tez-tez Kremldən müxtəlif səviyyələrdə “danışan adamlardan” eşidirik ki, Ermənistanı Ukraynanın taleyi gözləyir. Bütün bu rus şantajçıları o deməkdir ki, Rusiya erməni şəhərlərini yer üzündən silməyə hazırdır. Amma hamısına cavab verirəm ki, Ermənistan Ukrayna yolu ilə getsə, şad olaram. Çünki Ukrayna sağ qalacaq, çünki o, ABŞ və Aİ-dən böyük dəstək alır.

Ukrayna bütün yeddi Patriot sistemini aldıqda, onun şəhərləri Rusiyanın hücumlarından daha ciddi şəkildə qorunacaq. Bizim şəhərlərimiz də eyni şəkildə qorunmalıdır. İstər Türkiyə-Azərbaycan tandeminin hücumlarından, istərsə də rus ordusunun hücumlarından. Bəli, heç vaxt heç vaxt demə. Biz belə bir təhlükəni çox ehtimal hesab etməyə məcburuq.

Lakin Qərbdəki müttəfiqlərimizdən dəstək almaq üçün imzalanmış bütün sənədlərə görə məsuliyyət daşımağa hazır olduğumuzu nümayiş etdirməliyik. Nə qədər çətin olsa da. Və nə qədər rusiyapərəst təxribatçılar Ermənistanı pis günə qoymağa çalışsalar da”.

Hazırladı: KONKRET.az-ın ANALİTİK QRUPU

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*