“Yeni Klinika”da məsul vəzifəyə yeni kadr təyinatıbackend

"Yeni Klinika"da məsul vəzifəyə yeni kadr təyinatı

Tanınmış PR (İctimaiyyətlə əlaqələr) mütəxəssisi İlham Məmmədov “Yeni Klinika”da yeni vəzifəyə təyinat alıb.

KONKRET.az nocomment-ə istinadən xəbər verir ki, bundan sonra “Yeni Klinika”nın İctimaiyyətlə əlaqələr, Marketinq və Beynəlxalq əlaqələr şöbəsinə İlham Məmmədov rəhbərlik edəcək.

Qeyd edək ki, İlham Məmmədov əmək fəaliyyətinə 2000-2010-cu illərdə Azadinform İnformasiya Agentliyində başlayıb. 2010-2014-cü illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində çalışaraq İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə qədər yüksəlib. 2014-cü ildən 2019-cu ilə qədər Veysəloğlu Şirkətlər Qrupunda İctimaiyyətlə əlaqələr Departamentinə rəhbərlik edib.

Uzun illər media sahəsində çalışmış, daha sonra isə əmək fəaliyyətini dövlət və özəl sektorda İctimaiyyətlə əlaqələr və Korporativ kommunikasiya sahəsində davam etdirmiş İlham Məmmədov son illər şəxsi biznesini quraraq PR, SMM və Rəqəmsal Marketinq sahəsində ölkənin aparıcı şirkətlərdən biri olan “SocialLab”a rəhbərlik edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*