Yük gəmiləri toqquşdu: İki nəfər itkin düşdübackend

Yük gəmiləri toqquşdu: İki nəfər itkin düşdü

Yaponiyanın Vakayama prefekturasından bir qədər aralıda iki yük gəmisi toqquşub.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, gəmilərdən biri Yaponiya, digəri isə Liberiya bayrağı altında üzdüyü məlum olub.

Məlumata görə, toqquşma nəticəsində Yaponiya gəmisi çevrilib.

Sahil Mühafizəsi 3 ekipaj üzvünü xilas edib. İki nəfər itkin düşüb.

Qəza yerində axtarış işləri davam etdirilir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*