Yüksək Liqada finalçılar bəlli oldubackend

Yüksək Liqada finalçılar bəlli oldu

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında finalçılar bəlli olub.

KONKRET.az xəbər verir ki, həlledici oyunda “Murov” və “Xarı bülbül” komandaları üz-üzə gələcəklər.

Sözügedən kollektivlər finala gedən yolda müvafiq olaraq, MOİK və “Neftçi”ni mübarizədən kənarlaşdırıblar.

Yarımfinalın ilk matçında MOİK-i üstələyən “Murov” ikinci görüşdən də qələbə ilə ayrılıb – 3:0 (25:20, 25:15, 25:20). “Xarı Bülbül” isə “Neftçi”yə 3:2 (25:19, 18:25, 25:27, 25:19, 15:10) hesabı ilə qalib gəlib.

Yarımfinalda uduzan komandalar bürünc medal uğrunda oyunda qarşılaşacaqlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*