Dünyanın müxtəlif yerlərində turizm agentlikləri Yunanıstanda davam edən meşə yanğınları səbəbindən bu ölkəyə uçuşları kütləvi şəkildə ləğv edir.
KONKRET.az xəbər verir ki, Rodosda yanğınla mübarizə təxminən bir həftədir davam edir. Adanın şimalındakı otellər müntəzəm işləsə də, təxminən 20 min insan oradan təxliyə edilib.
Yanğınsöndürmə briqadasının sözçüsü Giannis Artopoyos vəziyyətin acınacaqlı olduğunu bildirib:
“İndi bizim beynəlxalq yardıma ehtiyacımız var. Bizə dörd su nəqliyyatı ilə 30-dan çox Slovak yanğınsöndürən və havadan – iki Fransa, iki Türkiyə və bir Xorvatiya təyyarəsi kömək edir”, – deyə o bildirib.
Qeyd edək ki, 80-dən çox yanğın lokallaşdırılıb, onlardan 64-ü bazar günü başlayıb. Demək olar ki, 50 dərəcə isti və güclü külək vəziyyəti daha da gərginləşdirir. Yüzlərlə insan evsiz qalıb.
Burhan,
KONKRET.az
