Yunanıstanda eynicinsli nigaha icazə verilirbackend

Yunanıstanda eynicinsli nigaha icazə verilir

Yunanıstanın baş naziri Kiriakos Mitsotakis hakimiyyətin eynicinsli nikahları qanuniləşdirmək, eləcə də eynicinsli cütlüklərə uşaq övladlığa götürməyə icazə vermək niyyətlərini təsdiqləyib.

KONKRET.az xəbər verir ki, Mitsotakis bildirib ki, homoseksualların nikahını və onların uşaqları övladlığa götürməsini qanuniləşdirmək üçün qanunvericilik təşəbbüsləri bir çox Avropa ölkələrində mövcud olandan əsaslı şəkildə fərqlənmir.

Onun sözlərinə görə, tək kişi surroqat anadan uşaq sahibi ola bilməz. Yunanıstanın baş naziri sağçı “Yeni Demokratiya” partiyasını təşəbbüslərə səs verməyə məcbur etməyəcəyini təsdiqləyib və pravoslav kilsəsinin əhəmiyyətli təsirə malik olduğu Yunan cəmiyyətində kompromis tapmağa çalışır: “Mən fərqli baxışları olan həmvətənlərimizə və kilsənin mövqeyinə hörmət edirəm. Amma xatırlatmaq istəyirəm ki, kilsə vətəndaş nikahına qarşı idi və dövlət kilsənin roluna hörmətlə yanaşaraq bunu qanuniləşdirdi. Mitsotakis əmin edib ki, Yunanıstan hökumətinin eynicinsli cütlüklərin evlənməsi və övladlığa götürülməsi ilə bağlı konkret qanunvericilik təklifi əvvəlcə ictimai müzakirəyə təqdim olunacaq.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*