Yurqen Kloppdan Ramazan təbriki – FOTObackend

Yurqen Kloppdan Ramazan təbriki - FOTO

İngiltərə Premyer Liqasının aparıcı komandalarından olan “Liverpul”un baş məşqçisi Yurqen Klopp Ramazan ayı münasibətilə müsəlmanları təbrik edib.

KONKRET.az xəbər verir ki, Yurqen Klopp sosial şəbəkə hesabında “Liverpul”un Misirdən olan hücumçusu Məhəmməd Salahın fotosunu paylaşıb.

Klopp paylaşımında bunları qeyd edib:

“Dünyadakı bütün müsəlman bacı və qardaşlarımızın Ramazan bayramı mübarək. Qoy bu xüsusi ay hər kəsə sülh və xoşbəxtlik gətirsin”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*