UEFA İtaliyanın “Yuventus” klubunu bir il müddətinə bütün avrokuboklardan kənarlaşdırmaq qərarına gəlib.
KONKRET.az xəbər verir ki, Turin klubu 2023/2024 Konfrans Liqasını buraxacaq. Bundan əlavə, “Yuventus” 20 milyon avro cərimə ödəyəcək.
Klub çoxsaylı maliyyə pozuntularında ittiham olunur. Bununla əlaqədar olaraq, Yuventus klubunun rəhbərləri Andrea Anelli və Pavel Nedved ötən ilin noyabrında istefa veriblər.
