“Yuventus”un 12 xalı silinə bilər – FOTObackend

“Yuventus”un 12 xalı silinə bilər - FOTO

“Yuventus” 12 xaldan məhrum ola bilər.

KONKRET.az xəbər verir ki, mayın 22-də Turin klubunun mümkün maliyyə fırıldaqları ilə bağlı beşinci məhkəmə prosesi keçiriləcək.

Məlumata görə, İtaliya Futbol Federasiyasının prokuroru 9 xaldan 12 xaladək cəza tələb edə bilər.

Məhkəmə ittiham tərəfinin tələblərini təmin edə, cərimənin məbləğini azalda və ya klubdan xal silmə qərarını təsdiq edə bilər.

“Yuventus”dan 12 xal silinsə, o zaman komanda A Seriyasının turnir cədvəlində 8-ci pilləyə düşəcək. Bu yer növbəti mövsüm üçün avrokuboklara vəsiqə qazanmağa imkan vermir.

Məhkəmənin hökmü klubu qane etməsə, “Yuventus” yeni apellyasiya şikayəti verə biləcək.

Hazırda “Qoca sinyora” 35 turdan sonra 69 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*