Bu gün saat 04:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisindən yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub.
KONKRET.az xəbər verir ki, bu bərədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Qeyd edilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
“Briqada tərəfindən 2-si qadın, 3-ü kişi olmaqla 5 nəfər müştərək travmalar diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə təxliyə olunub.
Hadisə nəticəsində 1 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.
Sabunçu Tibb Mərkəzində zəruri tibbi xidmətlər göstərən 3 nəfər ambulator müalicə üçün evə buraxılıb. 2 nəfərin müalicəsi isə Reanimasiya şöbəsində davam etdirilir, vəziyyətləri ağırdır”, – məlumatda qeyd edilib.
