Zakir Qaralovun şirkəti cərimələndibackend

Zakir Qaralovun şirkəti cərimələndi

“Akkord Hydrotechnical Construction Company” MMC-yə cərimə protokolu yazılıb.

KONKRET.az Pravda.az-a istinadən xəbər verir ki, şirkət barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 389-cu (Statistik məlumatların verilməsi qaydalarının pozulması) maddəsi ilə inzibati protokol tərtib edilib.

Daha sonra protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. İddia hakim Vüsal Qurbanovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclası sentyabrın 6-na təyin edilib.

Qeyd edək ki, Akkord Şirkətlər Qrupu sabiq baş prokuror Zakir Qaralova məxsusdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*