Zaporojyedə rusiyapərəst administrasiyanın başçısı ÖLDÜRÜLDÜ – FOTObackend

Zaporojyedə rusiyapərəst administrasiyanın başçısı ÖLDÜRÜLDÜ - FOTO

Rusiyanın nəzarətində olan Zaporojye vilayətinin Mixaylovka qəsəbəsinin müvəqqəti administrasiyanın rəhbəri İvan Suşko öldürülüb.

KONKRET.az “Kommersant”a istinadən xəbər verir ki, bu barədə vilayətin müvəqqəti administrasiyasının üzvü Vladimir Roqov bildirib.

“Avtomobilin oturacağının altına partlayıcı qurğu qoyulub. Partlayış nəticəsində İvan Suşko yaralanıb və ağır vəziyyətdə xəstəxanaya aparılıb. O, orada dünyasını dəyişib”, – Roqov telegram-da yazıb.

Qeyd edilib ki, Zaporojye və Xerson vilayətlərində məmurlara qarşı əvvələr də bir neçə sui-qəsd olub.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*