Zaqatalada yeni doğulan körpə öldübackend

Zaqatalada yeni doğulan körpə öldü

TƏBİB Zaqatalada yeni doğulan körpənin ölümü ilə bağlı məlumat açıqlayıb.

KONKRET.az xəbər verir ki, 41-42 həftəlik hamilə olan 1998-ci il təvəllüdlü G.Z. 25 oktyabr tarixində saat 12:23 radələrində Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə daxil olub. Daxil olarkən ananın vəziyyəti kafi qiymətləndirilib. 26 oktyabr tarixində saat 07:35 radələrində təbii doğuş başa çatıb. Doğuş prosesi ağır keçib və yenidoğulmuşun doğulmasında ləngimə qeydə alınıb. Doğuşdan sonra körpəyə doğuş zamanı ağır asfiksiya diaqnozu qoyulub. Vəziyyəti ağır qiymətləndirilən körpə Bakı şəhərinə təxliyə edilib. Tibb müəssisəsinə yerləşdirilmədən körpədə ölüm halı qeydə alınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*