Zaxarova: “Kiyev rejiminə dünyada sülh və sabitlik lazım deyil”backend

Zaxarova: "Kiyev rejiminə dünyada sülh və sabitlik lazım deyil"

Kiyev rejimi dünyanın sabitliyi və ərzaq təhlükəsizliyində maraqlı deyil.

KONKRET.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu barədə “Telegram” kanalında yazıb.

O, Ukrayna xarici işlər naziri Dmitri Kulebanın “bütün ölkələri Rusiya Federasiyasından taxıl müqaviləsi üzrə öhdəliklərə qayıtmağı tələb etməlidir” bəyanatını şərh edib.

“Kiyev rejiminin dünya sülhə, sabitliyə və ərzaq təhlükəsizliyinə ehtiyacı yoxdur. Əks halda hər kəs Zelenski və Kulebaya əhəmiyyət verməyəcək, onlar unudulacaq. Ona görə də onlar qorxunc üsullarla gündəmdə qalmağa çalışırlar”, – Zaxarova deyib.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi Sevastopolda Qara dəniz donanmasının gəmilərinə və taxıl dəhlizinin təhlükəsizliyində iştirak edən mülki gəmilərə qarşı hücumdan sonra Rusiyanın taxıl sazişində iştirakını dayandırdığını elan edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*