Zaxarova: “KTMT təcili olaraq Ermənistana yardım göstərilməsi məsələsini müzakirə edəcək”backend

Zaxarova: "KTMT təcili olaraq Ermənistana yardım göstərilməsi məsələsini müzakirə edəcək"

KTMT təcili olaraq Ermənistana yardım göstərilməsi məsələsini müzakirə edəcək.

KONKRET.az TASS-a istinadla xəbər verir ki, bu barədə Mariya Zaxarova brifinq zamanı bildirib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün bildirib ki, yaxın vaxtlarda KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar sessiyası planlaşdırılıb və bu sessiyada üzv dövlətlərin rəhbərləri Ermənistana yardım göstərilməsi məsələsini müzakirə edəcəklər.

“Yaxın vaxtlarda KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar sessiyasının keçirilməsi məsələsi üzərində iş aparılır. Gözlənilir ki, qarşıdakı görüş zamanı üzv dövlətlərin rəhbərləri KTMT-nin Ermənistandakı missiyasının işinin yekunlarını və İrəvana yardımın göstərilməsi üzrə birgə tədbirlər təkliflərini, o cümlədən KTMT Kollektiv Təhlükəsizlik Şurasının qərar layihəsini müzakirə edəcəklər.

Ermənistana videokonfrans vasitəsilə yardım göstərmək üçün birgə tədbirlər görülməlidir”, – deyə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*