Zaxarova: Qərb Qarabağdakı münaqişənin həllinə “təmkinli” reaksiyası ilə təəccübləndirməkdə davam edirbackend

Zaxarova: Qərb Qarabağdakı münaqişənin həllinə "təmkinli" reaksiyası ilə təəccübləndirməkdə davam edir

Dağlıq Qarabağ münaqişəsinin həllindən sonra Qərb ölkələri yaşadıqları həyəcanı açıq hiss etdirmədilər. Eyni zamanda, münaqişənin həllində Rusiya tərəfinin rolundan da danışmadılar

KONKRET.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova jurnalislərə açıqlamasında  deyib. O, əlavə edib ki, “Biz Qərbin lazım olan dəstəyini və reaksiyasını görmürük. Amma bilirik ki, dünya bizim xoş məramımızı görür və dəstəkləyir”.

Zaxarova daha sonra deyib ki, “Təmkin bu Qərb tərəfdaşlarımızdan ən çox eşitdiyimiz sözdür. Niyə? Axı bir ay və ya bir ay yarım əvvəl hər kəs atəşkəs istədi və gözlədi, bu atəşkəs reallaşdı, qeyd edildi və dəstəkləndi… Sanki ölkəmizin beynəlxalq məsələlərdə müsbət və konstruktiv rolunu etiraf etmək hansısa ölkələrin dövlət maraqlarına ziddir”

Surxay Atakişiyev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*