Vladimir Zelenskinin amerikalı Leks Friedmana müsahibəsi geniş əks-səda doğurub. Həmin müsahibədə Zelenski nalayiq sözlər işlədib. Ukrayna liderinin müşaviri Sergey Leşşenko bildirib ki, müsahibə rəsmi xarakter daşımadığından bunlar başa düşüləndir.
KONKRET.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb. Leşşenkonun sözlərinə görə, yüksək tribunalardan, məsələn, BMT Təhlükəsizlik Şurasından fərqli olaraq, qeyri-rəsmi söhbətdə belə ifadələr məqbuldur. Leşçenko bildirib ki, Zelenski sadə dildə danışır və ukraynalılar üçün başa düşülən dildən istifadə edir. Müşavir əlavə edib ki, bu, rəsmi çıxış deyil, sadəcə müsahibədir. Xatırladaq ki, Zelenski üç saatlıq müsahibə zamanı bir neçə dəfə nalayiq ifadələrdən istifadə edib. Onlardan biri xüsusi əməliyyat başlamazdan əvvəl Rusiyaya qarşı sanksiyalardan imtina etdiklərinə görə Qərb ölkələrinə ünvanlanlb. Həmçinin Rusiya prezidenti Vladimir Putinin ünvanına da ədəbsiz sözlərdən istifadə olunub.
Vəli Həsənoğlu,
KONKRET.az