Zelenski əks-hücumu sürətləndirmək üçün müttəfiqlərə ÇAĞIRIŞ ETDİbackend

Zelenski əks-hücumu sürətləndirmək üçün müttəfiqlərə ÇAĞIRIŞ ETDİ

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya qüvvələrinə qarşı əks-hücum əməliyyatına tez başlamaq istədiklərini bildirib.

KONKRET.az xəbər verir ki, bu barədə o, CNN telekanalına müsahibəsində deyib.

Ukrayna lideri Qərb müttəfiqlərini missiyanı yerinə yetirmək üçün silah tədarükünü sürətləndirməyə çağırıb:

“Mən istəyirdim ki, bizim əks-hücum daha tez baş versin. Çünki hamı anlayırdı ki, əks-hücum gec başlasa, ərazimizin böyük hissəsi minalanacaq”.

O qeyd edib ki, düşmənə daha çox mina basdırmağa, müdafiə xətlərini hazırlamağa vaxt və imkan verilir.

Zelenskinin sözlərinə görə, döyüş meydanındakı çətinliklər Ukrayna qüvvələrinin əks-hücum əməliyyatını ləngidir:

“Söhbət Ukraynanın səmada ruslar üzərində üstünlüyündən getmir. Bu, sadəcə bərabər olmaqdan gedir”.

O, Vaşinqtona və Avropalı müttəfiqlərinə dəstəyə görə təşəkkür edib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*