Zelenski ETİRAF ETDİ: “Vəziyyət çox ciddidir”backend

Zelenski ETİRAF ETDİ: "Vəziyyət çox ciddidir"

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın Kursk vilayətində vəziyyətin çox çətin olduğunu deyib.

KONKRET.az xəbər verir ki, paytaxt Kiyevdə jurnalistlərə açıqlama verən Zelenski Rusiya-Ukrayna müharibəsində baş verənləri dəyərləndirib.

O, çıxışında rus ordusunun Kursk vilayətində olduğunu bildirib.

Ukrayna Silahlı Qüvvələrinə qarşı davam edən əks-hücuma toxunan Zelenski, “Aydındır ki, Kurskda vəziyyət çox ciddidir” deyib.

Zelenski qeyd edib ki, 2024-cü ildə bölgəyə daxil olan Ukrayna ordusunun məqsədi Rusiyanın Ukraynanın Sumi və Xarkov vilayətlərinə hücumlarının qarşısını almaqdır.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*