Səhər saatlarında Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi baş verib.
KONKRET.az xəbər verir ki, globalinfo.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, qəza şəhərin Sumqayıt bulvarı adlanan ərazisində qeydə alınıb.
Hadisə zamanı üç avtomobil toqquşub. Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir.
Hazırda ərazidə aidiyyəti qurumların əməkdaşları işləyir. Hadisənin başvermə səbəbləri araşdırılır.


