Zelenski: “Macarıstan vasitəçi ola bilməz”backend

Zelenski: "Macarıstan vasitəçi ola bilməz"

“Ukrayna və Rusiya arasında danışıqlarda ABŞ, Çin və ya Avropa İttifaqı vasitəçilik edə bilər, Macarıstan yox”.

KONKRET.az xəbət verir ki, bu sözləri Ukrayna prezidenti Volodimir Zelenski Polşanın baş naziri Donald Tusk ilə birgə mətbuat konfransı zamanı deyib.

O, yalnız güclü müttəfiqlərin vasitəçi kimi çıxış edə biləcəyini vurğulayıb.

“Orbana gəlincə, o, Kiyevdə idi, bundan sonra Moskvaya uçduğunu bilmirdim. Bütün dünya Rusiyanı bu müharibəni dayandırmağa məcbur edə bilər. Bu vasitəçilik anlamına gəlməməlidir. Vasitəçi ölkənin Rusiyaya təsir edən iqtisadiyyatı olmalıdır, Putin ondan asılı olmalıdır. Yaxud da Putinin qorxduğu çox güclü ordu… Rusiyadan daha güclü…Məncə, ABŞ, Çin və Aİ belə bir vasitəçilik missiyası apara bilər”, – deyə Zelenski qeyd edib.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*