Zelenski Putinin səhhəti ilə bağlı xəbərlərə MÜNASİBƏT BİLDİRDİ: “O, həqiqətən xəstədir” – VİDEObackend

Zelenski Putinin səhhəti ilə bağlı xəbərlərə MÜNASİBƏT BİLDİRDİ: “O, həqiqətən xəstədir” - VİDEO

Zelenski Putinin səhhəti ilə bağlı xəbərlərə münasibət bildirib.

KONKRET.az xəbər verir ki, bunu Amerikanın NBC telekanalına müsahibəsində Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

O bildirib ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin həqiqətən xəstədir, lakin onun xəstəliyi haqqında məlumat yayılan xəstəlikdən də qat-qat  ağırdır.

Zelenskinin sözlərinə görə, bu, ukraynalılara qarşı xəstəlikdir.

“Vladimir Putinlə nə baş verdiyini bilmirəm. Düşünürəm ki, onun böyük xəstəliyi var, amma bu, sizin dediyiniz xəstəlikdən daha ağır xəstəlikdir. Xalqımıza qarşı davranış, işğalçılıq, işgəncələr – bunlar xəstəlikdir”, – prezident deyib.

O vurğulayıb ki, Rusiyada təkcə Putin xəstə deyil.

“Təəssüf ki, bu, bir nəfərin məsələsi deyil. Rusiya Federasiyası Prezidentinin ətrafındakı bir çox insanlar xəstədirlər. Şişirdilmiş ambisiyalar, beynəlxalq hüquqa, insanların həyatına anlaşılmazlıq və hörmətsizlik… Onlar üçün bu, heç nədir. Bu, xəstəlikdir, dövlətimiz üçün təhlükəlidir”, – deyə o bildirib.

Zelenski vurğulayıb ki, bu xəstəlik Ukrayna üçün təhlükəlidir, qalan hər şey boşboğazlıqdır.

Xatırladaq ki, bundan əvvəl müxtəlif ölkələrin bir sıra ekspertləri və mediası Vladimir Putinin xəstə olduğunu iddia edib. Xüsusən də Rusiya Prezidentinə müxtəlif növ xərçəng növləri, həmçinin şizofreniya, demens və Parkinson xəstəliyi aid edilib. Mayın sonunda Rusiya rəhbərinin əməliyyat olunduğu barədə məlumat yayılıb.

İyunun əvvəlində Rusiya Federasiyası Prezidentinin keçmiş dostu və keçmiş bankir Sergey Puqaçov Putinin xərçəng xəstəliyinə yoluxduğunu bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*