Ali Radanın Milli Təhlükəsizlik, Müdafiə və Kəşfiyyat Komitəsinin katibi Roman Kostenko “New Voice” radiosuna müsahibəsində prezident Vladimir Zelenskinin siyasi cəhətdən ölü olduğunu bildirib.
KONKRET.az-ın məlumatına görə, o əmindir ki, Zelenski ikinci müddətə prezident seçilməyəcək.
“Ona görə də o, ölkə üçün çətin və ağır qərarlar qəbul edə bilər. İmicinin aşağı olması dövlət başçısını reytinq haqqında düşünməyə və düşüncəsiz tədbirlər görməməyə təhrik etməlidir”, – deyə Roman Kostenko əlavə edib.
Burhan,
KONKRET.az
