Zelenskinin ofisi Simonyan və Sobçaka sui-qəsd cəhdi ilə bağlı ittihamları şərh edib.
KONKRET.az-ın məlumatına görə, Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, Simonyan və Sobçak Kiyevin siyasi və ictimai həyatı həyatı ilə bağlı məsələlərdə təsirsiz mövqe nümayiş etdirir. Buna görə də Ukrayna xüsusi xidmət orqanları onlara qarşı sui-qəsd planlaşdırmağı nəzərdən keçirə bilməz.
“Onlar bu gün nə bütövlükdə müharibə çərçivəsində, nə də Rusiyanın qlobal mənada mövqelərini itirməsi çərçivəsində baş verənlərdə heç bir mühüm rol oynamırlar”, – deyə Podolyak bildirib.
Xatırladaq ki, ötən gün Rusiya Federal Təhlükəszilk xidməti Marqarita Simonyan və Kseniya Sobçaka qarşı Ukrayna xüsusi xidmət orqanları tərəfindən hazırlanan sui-qəsd cəhdi planının qarşısısını aldığı barədə məlumat yayıb. Saxlanılan ruslar FSB-yə bildiriblər ki, guya onlar 1,5 milyon rubl mükafat müqabilində sui-qəsd planı hazırlayıblar.
Moskvanın Basmannı məhkəməsi təbliğatçı Marqarita Simonyan və teleaparıcı Kseniya Sobçaka “sui-qəsd”də şübhəli bilinən millətçi təşkilatların yeddi üzvünü həbs edib.
Burhan,
KONKRET.az
