Zelenskinin valideynləri haradadırlar?backend

Zelenskinin valideynləri haradadırlar?

Mənbənin məlumatında deyilir ki, prezidentin valideynləri İsrail vətəndaşlığı alıblar və Rişpon şəhərində 8 milyon dollarlıq bağ evinin sahibi olublar

KONKRET.az xəbər verir ki, “NEZYGAR” Telegram kanalı Ukrayna prezidenti Vlodimir Zelenskinin valideynlərinin İsrail vətəndaşlığı alması ilə bağlı məlumat yayıb. Bu məlumatlara əsasən, onlar artıq yəhudi dövlətində yaşayırlar və heç də kasıb olmayan həyat sürürlər. Mənbənin məlumatda deyilir ki, Zelenskinin valideynləri İsrail vətəndaşlığını alıblar və Rişpon şəhərində 8 milyon dollarlıq bağ evinin sahibi olublar. Bağ evinin ümumi sahəsi 950 kvadratmetrdir, buraya 9 ton dəniz suyu üçün kiçik hovuz və 120 metrlik ev daxildir. Keçmiş SAS əməkdaşlarından təşkil olunmuş mühafizə xidmətinə yaşlı Zelenskiləri qoruyan dörd cangüdən də daxildir. İddiaya görə, təhlükəsizlik xidmətinin ümumi aylıq xərci təxminən 12 min funt sterlinqlik xərclənir. Ayda 12 min funt sterlinq belə bir obyektin qorunması üçün ödəmək kifayət qədər məqbul qiymət hesab olunur.

Yaşlı cütlüyün ixtiyarında iki zirehli “Lexus”da var. Məlumata görə, ukraynalı milyarderlər İqor Kolomoyski və Gennadi Boqolyubovun qohumları da Ukrayna prezidentinin valideynləri ilə qonşudular. Başqa bir milyarder Mixail Proxorovun evinə isə Zelenskilər ailəsindən 10 dəqiqəyə piyada yoldur. Kolomoyskinin özü bir vaxtlar qonşuluqda özünə ev almışdı, amma Rişponda deyil, kurort Herzliya şəhərində. Onun Rişpondakı qohumları, eləcə də yəhudi əsilli digər ukraynalı oliqarx Gennadi Boqolyubovun qohumları haqqında ətraflı bilgi əldə etmək mümkün olmayıb. Baxmayaraq ki, Rişpon düz dəniz sahilində yerləşir və keçmiş SSRİ-dən köç edənlər buranı dəyərli bilirlər.

Vladimir Zelenskinin valideynləri uzun illər Krivoy Roqda yaşayıblar. Vladimirin atası 1995-ci ildən – Krivoy Roq İqtisadiyyat İnstitutunun İnformatika və informasiya texnologiyaları şöbəsinin müdiri olub. Bir çox elmi məqalə və nəşrlərin müəllifidir. Zelenski dəfələrlə valideynlərini Kiyevə köçməyə çağırsa da, onlar bununla razılaşmayıblar. Amma müharibə başlayandan sonra onların harada olması baradə xəbər verilmirdi.

Yaşlı Zelensklərin yaşadığı Rişpon əslində tam bir şəhər deyil, daha çox İsrailin kənd təsərrüfatı kooperativlərini xatırladır.

Zelenskilər ailəsinin Böyük Britaniyada, paytaxt Londonda vaxtilə Şerlok Holmsun yaşadığı ünvanından çox da uzaq olmayan bir yerdə daşınmaz əmlak var. Qeyd edək ki, Ukrayna prezidenti Zelenskinin xaricdəki hesabların haqda ötən ilin oktyabrında Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumu (ICIJ) yazmışdı. Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumu dünyanın siyasət və biznes adamlarının ofşorlar vasitəsilə sahib olduqları gizli aktivlərlə bağlı genişmiqyaslı araşdırma “Pandora dosyesi” kimi tanınırdı. “Pandora dosyesi”ndə Ukrayna prezidenti Zelenskinin adı da vardı. Ukrayna prezidenti ofşor şirkətləri ilə bağlı araşdırmadan danışarkən, belə şirkətlərinin olduğunu təsdiqləmişdi, lakin onlardan “çirkli pulların yuyulması” üçün istifadə edilmədiyini demişdi.

Kiyev iqtidarına müxalifət olanan “Müxalifət Platforması – Həyat Naminə” partiyasından olan, hazırda barəsində axtarış elan olunmuş Ali Radanın deputatı İlya Kiva isə Zelenski prezident olduğu iki il yarım ərzində “Dresdner Bank” da 1,2 milyard dollar vəsait topladığını iddia edir. Onun dediyinə görə, bu pulları prezidentin hesabına Rinat Axmetov, Viktor Pinçuk, İqor Kolomoyski kimi ukraynalı oliqarxlar köçürüb. Pullar “First Union Bank”, “Deutsche Bank”, “Banque Nationale de Paris” kimi banklardan Zelenskinin hesabına köçürülürb. Zelenskinin özünə Mayamidə 34 milyon dollara villa, həmçinin 5,6 milyon dollara bir neçə dəst zinət əşyası aldığı da dəfələrlə yazılmış faktdır. Musavat.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*