Zəlzələ ilə bağlı Astaradan açıqlama: İcra başçısının müavini danışdıbackend

Zəlzələ ilə bağlı Astaradan açıqlama: İcra başçısının müavini danışdı

“Bu gecə İran ərazisində baş verən zəlzələ nəticəsində Astara rayonunda hiss edilən təkan qeydə alınsa da, hər hansı dağıntı və tələfat baş verməyib”.

KONKRET.AZ xəbər verir ki, bunu Astara Rayon İcra Hakimiyyəti başçısının müavini İlqar Malıyev deyib.

Onun sözlərinə görə, zəlzələdən sonra icra hakimiyyətinə binalarda çatların əmələ gəlməsi, tələfatın qeydə alınması ilə bağlı heç bir müraciət daxil olmayıb: “Hazırda rayonda həyat öz axarı ilə davam edir, məktəblərdə tədris var, heç bir problem yoxdur. Hazırda bizim hiss edə biləcəyimiz təkan da qeydə alınmır”.

Qeyd edək ki, bu gecə yerli vaxtla saat 02:47-də İran ərazisində zəlzələ baş verib. Zəlzələ Azərbaycanın sərhəd rayonlarında – Astara, Lənkəran, Lerik, Yardımlı, Masallıda hiss olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*