Zeman Qərb ölkələrini Ukraynaya silah tədarükünə çağırdıbackend

Zeman Qərb ölkələrini Ukraynaya silah tədarükünə çağırdı

Qərb ölkələri Ukraynanı müasir döyüş sistemləri, o cümlədən uzaqmənzilli zenit-raket kompleksləri ilə təchiz etməlidir.

KONKRET.az xəbər verir ki, bunu Çexiya Prezidenti Miloş Zeman “CNN Prima News”a müsahibəsində deyib.

Zeman Ukraynaya silah tədarükünün davam etdirilməsinin və bu ölkənin hərbi personalının Çexiya ərazisində təlim keçməsinin vacibliyini qeyd edib.

Çexiya lideri Ukraynadakı münaqişənin uzanacağını istisna etməyib.

Eyni zamanda, o bildirib ki, Qərb Rusiyaya qarşı sərt sanksiyalar siyasətini davam etdirməlidir, çünki, bu, Ukraynada hərbi əməliyyatların tezliklə dayandırılmasına gətirib çıxaracaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*