Qonşu ölkə yenə işıqsız və susuz qaldıbackend

Qonşu ölkə yenə işıqsız və susuz qaldı

Gürcüstanda elektrik enerjisinin verilməsində kəsintilər qeydə alınıb.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, paytaxt Tbilisi, Ozurgeti, Poti və Rustavi şəhərlərində elektrik enerjisinin verilməsində fasilələr yaranıb.

Kəsinti səbəbilə su nasosları işləməyib və bu da Tbilisinin bəzi ərazilərində su təchizatının kəsilməsinə səbəb olub.

Elektrik paylayıcı şirkətlərdən kəsintilərin səbəbi ilə bağlı rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, 24 iyul gecəsi də Gürcüstanda elektrik enerjisi kəsintiləri baş vermişdi.

Günay Əli 

KONKRET.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*