“Zəngilan aeroportu strateji həmlədir” – Ərdoğanbackend

"Zəngilan aeroportu strateji həmlədir" - Ərdoğan

Zəngilan Hava Limanı regionun dünya ilə əlaqəsinin gücləndirilməsi üçün strateji həmlədir.

KONKRET.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Zəngilan və Cəbrayıl rayonlarına işgüzar səfərimiz uğurla başa çatdı:

“Zəngilan Beynəlxalq Hava Limanının açılışını əziz qardaşım İlham Əliyevlə birgə həyata keçirdik. Zəngilan aeroportu təkcə Azərbaycan deyil, bütün region üçün əhəmiyyətlidir. Regionun dünya ilə əlaqəsinin yenidən qurulmasının gücləndirilməsi nöqteyi-nəzərdən strateji həmlədir. İnşallah, bu addımları Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi ilə daha da qüvvətləndirəcəyik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*