“Zolotaya Korona” Azərbaycana da köçürmələri dayandırdı backend

"Zolotaya Korona" Azərbaycana da köçürmələri dayandırdı 

Hazırda Rusiyanın “Zolotaya Korona” ödəniş sistemi vasitəsilə Azərbaycan, Ermənistan, Gürcüstan və Qazaxıstana pul köçürmələri əlçatan deyil. 

KONKRET.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, rəsmi saytda Rusiyadan onlayn pul köçürülməsi mümkün olan ölkələr arasında yalnız Özbəkistan, Türkiyə və Qırğızıstan qeyd olunub.

Bu məhdudiyyətin Avropa İttifaqının Rusiyaya qarşı 21-ci sanksiyalar paketini qəbul etməsindən sonra tətbiq olunduğu bildirilir.

Qeyd edək ki, “Zolotaya Korona” ödəniş sisteminin operatoru olan “Platejnıy Sentr” (“Платежный центр”) Rusiya Qeyri-Bank Kredit Təşkilatı Aİ-nin sanksiyalar paketinə daxil edilib.

Xatırladaq ki,  dünən köçürmə üçün əlçatan qalan dörd ölkə var idi: Özbəkistan, Türkiyə, Qırğızıstan və Azərbaycan.

Bu gün isə Azərbaycana da pul köçürmələri əlçatan deyil.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*