“Zolotaya Korona” AB sanksiyaları fonunda Gürcüstan və Qazaxıstana pul köçürmələrini dayandırıb.
KONKRET.az xəbər verir ki, “Korona Pay” xidməti Rusiyadan pul göndərmək üçün əksər istiqamətləri götürüb.
Hazırda köçürmə üçün əlçatan qalan yalnız dörd ölkə var: Özbəkistan, Türkiyə, Qırğızıstan və Azərbaycan. Gürcüstan və ya Qazaxıstana pul göndərməyə cəhd edərkən tətbiq xəta verir, deyə @sputniklive yazır.
Qeyd edək ki, AB-nin Rusiyaya qarşı 21-ci sanksiya paketindən sonra “Zolotaya Korona”-nın operatoru olan RNKO “Platyojnıy Tsentr” sanksiya siyahısına düşüb, bunun nəticəsində Gürcüstana köçürmələr dayandırılıb. Eyni zamanda “Tsifra Bank” da Qazaxıstana köçürmələri dayandırıb. Bu barədə Freedom Bank Qazaxıstan müştərilərinə xəbərdarlıq göndərib.
Ağagül Mürsəlov,
KONKRET.az
