ABŞ-nin Nebraska ştatındakı zooparkda yaşayan timsahın mədəsindən 70 dəmir pul aşkarlanıb. Daha sonra timsah əməliyyata götürülüb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, mavi gözlü və ağ dərili nadir leykistik timsahın cərrahiyyə əməliyyatı uğurla yekunlaşıb.
Məlum olub ki, Omahadakı zooparkın ziyarətçiləri hər dəfə gələndə əraziyə dəmir pullar atıb və 36 yaşlı timsah bu pulları udub.
Zoopark rəhbərliyi “Tibodaux” adlı timsahın mədəsindən çoxlu miqdarda sikkələr çıxarıldıqdan sonra ziyarətçiləri zooparkdakı su hövzələrinə əşyalar atmaqdan çəkinməyə çağırıb.
“Henry Doorly” Zooparkındakı 10 timsahın hamısından qan analizləri götürülüb və heyvanlar rentgenoqrafiya kimi müxtəlif müayinələrdən keçirilib.
Ariz Həsənoğlu,
KONKRET.az
