Zurabişvili: ”Abxaziya və Cənubi Osetiyanı Gürcüstana qaytarmaq ən böyük arzum və məqsədimdir”backend

Zurabişvili: ”Abxaziya və Cənubi Osetiyanı Gürcüstana qaytarmaq ən böyük arzum və məqsədimdir”

Konkret.az xəbər verir ki, Gürcüstan prezidenti Salome Zurabişvili əmin olduğunu bildirib ki, Abxaziya və Cənubi Osetiya sülh yolu ilə Gürcüstanın vahid dövlət məkanına qayıdacaq. “Əsas arzum və əsas hədəfim bunun yaxın gələcəkdə, prezidentliyim dövründə reallaşmasıdır. Bunun üçün mən bütün imkan və vasitələrdən istifadə edirəm”, – deyə Zurabişvili Rusiyanın Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımasının 11-ci ildönümü münasibətilə yazıb özünün facebook statusunda yazıb. Zurabişvilinin vurğuladığı kimi, o, Abxaziya və Cənubi Osetiya sakinlərinin “etnik mənşəyinə baxmayaraq, bütün Gürcüstan vətəndaşları kimi layiqli bir həyat, seçim hüququ və söz azadlığına” zəmanət verəcək. Xanım Prezident vurğulayıb ki, Gürcüstan hakimiyyəti Abxaziya və Cənubi Osetiya sakinlərinin tibb və təhsil sahələrində, eləcə də iş sahəsindəki problemlərinin həlli üçün əlindən gələni edir.

Fadil TAHİROĞLU

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*