“Biz Ukraynaya qarşı nə diplomatiya, nə ağıl, nə də həmrəylik nümayiş etdirmişik”.
KONKRET.az xəbər verir ki, bunu parlamentdə Gürcüstan Prezidenti Salome Zurabişvili deyib.
“Ukraynaya gəlincə, biz nə diplomatiya, nə ağıl, nə də bizə yaraşan tarixi həmrəylik göstərmişik. Biz BMT-nin qətnamələrinə qoşuluruq, amma mənəvi, siyasi həmrəyliyin bütün digər təzahürlərindən qaçırıq.
Fevralın 25-də tamamilə yersiz yerdə bəyan edirik ki, biz sanksiyalara qoşulmuruq və biz öz milli sanksiyalarımızı tətbiq edə bilmərik.
Amma beynəlxalq sanksiyalara qoşuluruq”, – deyə prezident bildirib.
Onun sözlərinə görə, bu gün Tbilisi Gürcüstanın dəstəyi ilə seçilən Avropa ölkələri ilə diplomatik münasibətləri korlayıb.
Xuraman Etibarlı,
KONKRET.az
