Kim Çen In döyüş əmri verdi – Yeni müharibə başlayırbackend

Kim Çen In döyüş əmri verdi - Yeni müharibə başlayır

Şimali Koreya lideri Kim Çen In Koreya Xalq Ordusunun bölük komandirlərinə fasiləsiz və intensiv hərbi təlimlər vasitəsilə bölmələrin tam döyüş hazırığını təmin etməyi tapşırıb.

KONKRET.az xəbər verir ki, bu barədə Koreyanın Mərkəzi Teleqraf Agentliyi (KCNA) məlumat yayıb.

“Kim Çen In qeyd edib ki, bölük komandirlərinin birinci dərəcəli inqilabi tapşırığı bölmənin müharibəyə tam hazır vəziyyətə gətirilməsidir. Bunun üçün praktiki üsul isə fasiləsiz və intensiv hərbi təlimlər keçirməkdir”, – deyə məlumatda bildirilir.

Şimali Koreya liderinin sözlərinə görə, komandirlər yüksək döyüş qabiliyyətinə, möhkəm inqilabi əqidəyə və vətənpərvərlik ruhuna malik bölmələr formalaşdırmalıdırlar.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*