ABŞ-dan Polşaya mühüm addım: “Patriot” raketlərinin sirri açılırbackend

ABŞ-dan Polşaya mühüm addım: “Patriot” raketlərinin sirri açılır

ABŞ-ın “Patriot” hava hücumundan müdafiə (HHM) sistemlərinin PAC-3 raketlərinə texniki xidmət göstərilməsi üçün Polşada xüsusi mərkəz tikiləcək.

KONKRET.az xəbər verir ki, bu barədə Polşanın müdafiə nazirinin müavini Maqdalena Sobkovyak-Çarnetska məlumat verib.

O, “X” sosial şəbəkəsində paylaşım edərək qərarı tarixi hadisə kimi qiymətləndirib.

Nazir müavininin sözlərinə görə, layihənin həyata keçirilməsi üçün keçirilən müsabiqədə Polşa ilə yanaşı, Almaniya, Niderland və Norveç də iştirak edib.

Sobkovyak-Çarnetska TVP Info telekanalına müsahibəsində bildirib ki, ABŞ indiyədək öz texnologiyalarını və təcrübəsini digər ölkələrlə bölüşməyə maraq göstərməyib.

Onun fikrincə, mərkəzin Polşada yaradılması ölkənin təhlükəsizliyinin möhkəmləndirilməsi və ABŞ-ın dəstəyinin göstəricisidir.
Nazir müavini bu qərarın NATO-nun, xüsusilə də ABŞ-ın Polşanın yanında olduğuna dair açıq mesaj olduğunu vurğulayıb.

AFP agentliyinin Sobkovyak-Çarnetskaya istinadən yaydığı məlumata görə, layihənin dəyəri təxminən 230 milyon avro təşkil edir. Mərkəzin tikintisinin bir neçə ay ərzində başa çatdırılması gözlənilir.

Bundan əlavə, Varşava gələcəkdə yeni mərkəzin imkanlarından istifadə edərək “Patriot” sistemləri üçün öz raketlərinin istehsalını təşkil etməyə ümid edir.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*