13 yaşında dünya şöhrəti qazanan aktrisa qəzada öldübackend

13 yaşında dünya şöhrəti qazanan aktrisa qəzada öldü

13 yaşında dünya şöhrəti qazanan gənc aktrisa Kaylee Hottle yol qəzasında dünyasını dəyişib.

KONKRET.az unikal-a istinadla xəbər verir ki, bu barədə onun atası sosial şəbəkə hesabında məlumat paylaşıb.

Qeyd olunur ki, eşitmə qüsurlu aktrisa Keylee Hottle 18 yaşında ABŞ-nin Merilend ştatında baş verən yol qəzasında ağır yaralanıb. Həkimlərin müdaxilələrinə baxmayaraq aktrisanın həyatını xilas etmək mümkün olmayıb.

Bildirək ki, aktrisa 13 yaşında ikən 2021-ci ildə çəkilmiş “Qodzilla Konqa qarşı” və onun davamı “Qodzilla Konq: Yeni İmperiya” filmlərindəki rolları ilə məşhurlaşıb. O, rollarına görə “Ən Yaxşı Gənc Performans” nominasiyasında Saturn mükafatına namizəd göstərilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*