Ermənistandan Rusiyaya uçuş həyata keçirən sərnişin təyyarəsi havada qəfil qəza vəziyyəti ilə üzləşib. Hava gəmisi hələ təyinat nöqtəsinə çatmamış dərhal geri dönmək məcburiyyətində qalıb.
KONKRET.az xəbər verir ki, “Azimut” aviaşirkətinə məxsus İrəvan – Mineralnıye Vodı reysini yerinə yetirən təyyarə Zvartnotz hava limanından göyə qalxdıqqan qısa müddət sonra fövqəladə siqnal (SOS) verib.
İlkin məlumatlara görə, havaya qalxan kimi texniki problemlərlə və ya fors-major situasiya ilə qarşılaşan hava gəmisinin ekipajı dərhal geri dönmək qərarına gəlib. Təyyarə kursunu dəyişərək yenidən İrəvan hava limanına doğru istiqamət alıb.
Hadisə zamanı təyyarənin göyərtəsində ümumilikdə 108 nəfərin olduğu bildirilir. Təcili enişin təmin edilməsi üçün Zvartnotz hava limanında bütün xilasetmə və təcili tibbi xidmət qrupları həyəcan vəziyyətinə gətirilib.
Müşviq Tofiqoğlu,
KONKRET.az
