Zelenskidən ÇAĞIRIŞ: “Dnepr vağzalı vuruldu, Rusiya ilə bağlı qətiyyətli addım atın”backend

Zelenskidən ÇAĞIRIŞ: "Dnepr vağzalı vuruldu, Rusiya ilə bağlı qətiyyətli addım atın"

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Dnepr şəhərindəki dəmir yolu vağzalına endirdiyi qanlı zərbədən sonra Qərb ölkələrinə sərt çağırış edib. O, Moskvaya qarşı sanksiyaların dərhal sərtləşdirilməsini tələb edib.

KONKRET.az xəbər verir ki, Ukrayna lideri bu barədə özünün rəsmi “Telegram” kanalında yazıb. Zelenski bildirib ki, rusiyalılar dinc sakinlərin olduğu perrona pilotsuz uçuş aparatları ilə zərbə endiriblər:

“Dnepr şəhərindəki dəmir yolu vağzalına dəhşətli rus zərbəsi endirilib. Ruslar adları çəkilən dinc sakinlərin olduğu – adi priqorod elektrik qatarının və müntəzəm sərnişin qatarının dayandığı perrona dronla hücum ediblər. Təəssüf ki, hazırkı məlumata görə, 13 nəfər həlak olub.”

Ukrayna Prezidenti Qərbin bəzi addımlarını tənqid edərək sanksiyaların yumşaldılmasının yolverilməz olduğunu vurğulayıb:

“Deeskalasiyaya getmək əvəzində bəzi rus oliqarxlarından və energetika sektorundan sanksiyalar qaldırıldıqdan sonra Rusiya xalqımıza qarşı nə qədər belə terror zərbələri endirib? Məhz buna görə də Ukrayna Rusiyanın eskalasiyasına cavab olaraq ABŞ və Avropanın ədalətli və qətiyyətli addımlar atmasının vacibliyini daim bəyan edir. Rusiyaya və onun hərbi maşınına qarşı sanksiyalar Rusiya tərəfindən aparılan bu müharibə davam etdiyi müddətcə zəifləməməlidir. Aİ, ABŞ və G7 tərəfindən yeni, daha sərt sanksiya tədbirlərinin vaxtı çatıb.”

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*