190 manatlıq birdəfəlik yardım nə vaxt veriləcək? – RƏSMİ CAVABbackend

190 manatlıq birdəfəlik yardım nə vaxt veriləcək? - RƏSMİ CAVAB

2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək tətbiq olunan məhdudiyyətlərin iqtisadi fəallığa təsiri nəzərə alınaraq əvvəlki sərtləşdirilmiş karantin rejimi zamanı müəyyən edilmiş ehtiyacı olan təqribən 600 min nəfərə 190 manat birdəfəlik maddi yardım göstəriləcək.

Bu barədə Nazirlər Kabinetindən xəbər verilib.190 manat birdəfəlik maddi yardımın hansı zamandan ödənilməyə başlayacağı böyük maraqla qarşılanır.

KONKRET.az xəbər verir ki, baku.ws bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin mətbuat katibi Əsmər Nəcməddinqızı ilə əlaqə saxlayıb.

Nazirlik rəsmisi bildirib ki, 190 manatların verilməsi ilə bağlı ilkin olaraq Nazirlər Kabinetinin qərarı olacaq və bundan sonra detallar müəyyənləşəcək:

“Qərarın açıqlanması bu gün və ya sabah da ola bilər. Dəqiq məlumat yoxdur.

Nazirlər Kabinetinin qərarından sonra elektron sistem üzərindən vətəndaşların filtri aparılacaq. Daha sonra hüququ yaranan şəxslərə 190 manatların köçürülməsinə başlanacaq. Vətəndaşlar əvvəlki aylarda aldığı kartlar vasitəsilə 190 AZN-i ala biləcəklər.

Qərar qəbul olunandan sonra 2-3 gün müddətində yoxlamalar aparılır. Daha sonra siyahılar banklara göndərilir. Banklar isə vətəndaşlara mesajlar göndərir ki, onların hesablarına ödənişlər köçürülüb. Biz maksimum çalışacağıq ki, bu prosesi sürətli şəkildə həyata keçirək”.

  • Ayan
    Dekabr 11, 2020 - 15:59

    Men imişli şeherinde yaşayiram 190 azin mende ala bilecemi men mugan bankdan alirdim indi imişli şeherinde mugan bank filiyali baglanib imişlide 190 verilse men nece alacam hansi bankdan ala bilerem hansi banka müraciyet ede bilerem

  • Terane
    Dekabr 14, 2020 - 13:07

    Be isdemiyen 190 manatda almayan insanlar veya 190 manati aylede birnefer alir ozude kirede qalir onlar nece dolasinlar evdede korpe usaq var usaga demey olarmi yemey isdeme 7 ayliq usaga nece doolananq buna bir cavab veren var bizi basa salsinlar

  • Əfqan
    Dekabr 14, 2020 - 20:26

    Salam mən Əfqan 3 uşağım var amma heç bir yerdə işləmirəm 190 manatda almamışam adımdada torpaq var amma özümün həqiqətəndə heç bir yerdə torpağım yoxdu xaiş edirəm mənədə kömək edin

Ayan üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*