Kahramanmaraşda baş verən zəlzələnin 198-ci saatında dağıntılar altından iki qardaş çıxarılıb.
KONKRET.az xəbər verir ki, 17 yaşlı Məhəmməd Enes Yeninar və 21 yaşlı Baki Yeninar yaşadıqlarını “TRT Haber”ə danışıblar.
Xilasedicilər tərəfindən dağıntılar altından sağ çıxarılan qardaşlar təcili yardım maşını ilə xəstəxanaya aparılıb.
Həmin görüntüləri təqdim edirik:
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.
İqbal Rzayev,
KONKRET.az
