2 saylı İstintaq Təcridxanasına yeni rəis təyin olundubackend

2 saylı İstintaq Təcridxanasına yeni rəis təyin olundu

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Gəncə şəhərində yerləşən 2 saylı İstintaq Təcridxanasına yeni rəis təyin olunub.

KONKRET.AZ xəbər verir ki, bununla bağlı Ədliyyə naziri Fikrət Məmmədov müvafiq əmr imzalayıb.

Əmrə əsasən Gəncə şəhərində yerləşən 2 saylı İstintaq Təcridxanasına yeni rəis vəzifəsinə ədliyyə polkovnik-leytinantı Asif Quliyev təyin olunub.

O, bundan öncə məntəqə tipli cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsində çalışıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*