Corc Santos ABŞ Konqresinin Nümayəndələr Palatasından qovulub.
KONKRET.az xəbər verir ki, son 20 ildə ilk dəfə olaraq ABŞ Konqresinin Nümayəndələr Palatası qanunvericilərdən birinin – fırıldaqçılıqda ittiham olunan respublikaçı Corc Santosun (Nyu-Yorkdan) səlahiyyətlərinin ləğvinə səs verib.
Santos ABŞ tarixində Nümayəndələr Palatasından qovulan altıncı qanunverici və ilk Respublikaçı konqresmen olub.
Təşəbbüsü 311 konqresmen dəstəkləyib, 114 nəfər əleyhinə səs verib, 2 nəfər isə bitərəf qalıb. Santosun ölkədən çıxarılması ilə bağlı qətnamənin qəbul edilməsi üçün 290 deputatın səsi lazım idi.
Amerika hakimiyyəti digər məsələlərlə yanaşı, Santosu seçki kampaniyası üçün toplanan pulları başqa məqsədlərə istifadə etməkdə, xüsusən də bahalı dizayner paltarlarına minlərlə dollar xərcləməkdə ittiham edir. Bundan əlavə, Santos, işlədiyinə baxmayaraq, pandemiya zamanı işsizlik müavinəti alıb.
Keçən ilin dekabrında New York Times-da dərc olunan məqalədə Santosun namizəd kimi CV-nin əsas elementləri, o cümlədən Baruch Kollecində və Nyu-York Universitetində təhsili, həmçinin Citigroup və Goldman Sachs-dakı işi ilə bağlı iddialar barədə yalan bəyanatlar verdiyi aşkarlanıb. .
Həmçinin, o, Konqresə gəlirləri ilə bağlı yalan məlumat verib.
Günahı sübuta yetirilərsə, Santosu 20 ilə qədər həbs cəzası gözləyir. O, günahını etiraf etməkdən imtina edib.
Burhan,
KONKRET.az
