“2020-ci il bizim üçün dərs olmalı idi, amma heç bir nəticə çıxarmadıq” – İsayanbackend

"2020-ci il bizim üçün dərs olmalı idi, amma heç bir nəticə çıxarmadıq" - İsayan

“Rəsmi İrəvanın deməyə sözü yoxdur?”.

KONKRET.az xəbər verir ki, bunu Ermənistan parlamentinin keçmiş deputatı Şake İsayan deyib.

“Başa düşmək bilmirəm, Azərbaycanın təhdidləri bizim üçün adi hala çevrilir və onlara heç bir reaksiya verməmək adiləşir.

Hədə-qorxu reaksiyasız qalmamalıdır. Təhdid xarakterli bəyanatlara adi yanaşmaq olmaz.

Reaksiya yalnız Xarici İşlər Nazirliyinin mətbuat katibi səviyyəsində, o da Zəngəzurla bağlı olub. Bir sıra məntiqli suallar ortaya çıxır, rəsmi İrəvanın deməyə sözü yoxdur? Səslənən tələblərlə razılaşırmı? Bunlar cavabsız suallardır”, – deyə İsayan bildirib.

Onun sözlərinə görə, ictimaiyyət narahatdır, panika var, böyük qeyri-müəyyənlik var.

“2020-ci il bizim üçün dərs olmalı idi, amma heç bir nəticə çıxarılmadı”, – deyə o əlavə edib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*